Kılıçdaroğlu: “Ərdoğan kimdir ki, Türkiyə adından üzr istəyir?”
Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
APA TV-nin “Hürriyet”ə istinadən xəbərinə görə, K.Kılıçdaroğlu CHP parlament fraksiyasının bu gün keçirilən toplantısında R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub göndərməsinə toxunaraq hazırkı hakimiyyətin xarici siyasəti daxili siyasətə alət etdiyini bildirib.
“Bu ölkənin daimi mənafeləri var. Xarici siyasət milli olmalıdır. Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər. Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan “üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Öncə aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar” - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək