Azərbaycanda 30 iyunun Sevgi Günü kimi qeyd olunması təklif edilir

Qarşıdan 30 iyun Sevgi Günü gəlir. Artıq bir neçə ildir ənənəvi olaraq 20 Yanvar şəhidləri İlhamla Fərizənin toy günü - 30 iyun Sevgi Günü qeyd edilir. Bu il də istisna olmadı.

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbayel rayon təşkilatının ofisində Qarabağ Qaziləri İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbir iştirakçıları öncə Şəhidlər Xiyabanında İlham və Fərizənin məzarını ziyarət edərək gül dəstələri qoydular. 

Tanınmış jurnalist İlham Tumasın aparıcılıq etdiyi tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Qənirə Paşayeva, Aydın Mirzəzadə, Aydın Əliyev, Aqil Abbas, xalq şairi Sabir Rüstəmxanlı İlham və Fərizənin sevgi hekayəti, Sevgi Gününün əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

“Bizdə bayram günləri çoxdur. Nədən sevgi bayramımız olmasın? Bu günün elan olunması yaxşı olardı. Bu, insanların düşüncəsindən 14 fevralı silərək, 30 iyuna çevirə bilməyimizə dəstək olar. Biz bu məsələni daim səsləndiririk. İnanırıq ki, tərəfdarları daha da çoxalar”.

 

Azərbaycanın əməkdar artisti Ağalar Bayramov isə ürək sözlərini şeirlə dilə gətirib.

 

Daha sonra İlham Tumasın müəllifi olduğu film təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR