Ombudsmanın müavini: "Günahsız adam gizlənməzdi"
Moskva sakini 25 yaşlı Yeqor Şerbakovun öldürməsində təqsirli bilinərək saxlanılan Azərbaycan vətəndaşı Orxan Zeynalov törətdiyi cinayət əməlini etiraf edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib ki, Orxan Zeynalov müstəntiqlərə Yeqor Şerbakova bıçaq zərbəsi vurduğunu deyib. O, Orxan Zeynalovun 2011-ci ildə Moskvada yol hərəkəti qaydalarını pozduğuna görə 1 il azadlıqdan məhrum edildiyini, 2012-ci ildə azadlığa çıxdığını əlavə edib.
“Bunun doğru və ya yanlış olduğunu deyə bilmərəm, amma bu cür hallar Rusiya praktikasında var”.
Bun isə Rusiya Ombudsman Aparatı rəhbərinin müavini Georgi Kunadze polisin həmyerlimizə qarşı kobud rəftarına münasibət bildirərkən deyib.
Kunadze Orxan Zeynalovun Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin qəbuluna kobud şəkildə gətirilməsini, tutulma zamanı şəxsiyyətinin təhqir olunmasını əks etdirən videoları şərh edərkən bildirib ki, rus gəncin qətli narahatlıq doğurur. Müavin Orxan Zeynalovla görüşmək planının olmadığını deyib. Həmyerilmizin Rusiya mətbuatında “qatil, cinayətkar” kimi təqdim olunmasına gəlincə, Kunadze deyib ki, barəsində məhkəmə hökmü çıxmayınca, o, şübhəli şəxs sayılır. Ancaq Orxan Zeynalov Moskvadan 120 kilometr aralıda tutulub, günahsız adam gizlənməz.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"