Türkiyə Rusiya ilə barışdığına görə Azərbaycana təşəkkür etdi
Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə və Rusiya arasında münasibətlərdəki soyuqluğun aradan qaldırılması sayəsində səylərinə görə Azərbaycana təşəkkür edib.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, B.Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib ki, Rusiya ilə münasibətlərdə önəmli irəliləyişlər var.
Baş nazir bir müddətdir, davam edən dolayı təmasların nəticə verdiyini bildirib: “Qarşılıqlı təmaslar Rusiya və Türkiyə arasındakı münasibətlərdəki buzların əriməsini təmin etdi. Hər iki xalq üçün uğurlu olsun. Münasibətlərin bu nöqtəyə çatmasında bir çoxlarının əməyi var. Xüsusən qardaşlarımız Azərbaycan, Qazaxıstan və bölgə ölkələrinin liderlərinə çoxsaylı səyləri üçün təşəkkür edirik”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək