Kürdəmirdə 3 maşın toqquşdu
Kürdəmirdə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Kürdəmir rayon sakinləri, 1983-cü il təvəllüdlü Fariz Fazil oğlu Cəfərovun idarə etdiyi “LADA Priora” markalı avtomobil 1953-cü il təvəllüdlü Əjdər Abbas oğlu Məmmədovun idarə etdiyi “Nissan” la toqquşub.
Daha sonra “Lada” 1962-ci il təvəllüdlü Cəfər Tapdıq oğlu Cəfərovun yol kənarında saxladığı “VAZ-2106” markalı maşına çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 maşın yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1022
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1985
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1983
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1064
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
693
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
796