Ərdoğan Putindən üzr istədi - GÖZLƏNİLMƏZ QƏRAR

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Su-24" qırıcısının vurulmasına görə rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peksov bildirib ki, Türkiyə prezidenti bununla bağlı V. Putinə məktub ünvünlayıb.

 

Mətbuat katibinin sözlərinə görə, Ərdoğan məktubunda "üzr istəyirəm" ifadəsindən istifadə edib. Bundan başqa, Türkiyə prezidenti Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR