Bakıda Dövlət Komitəsinin şöbə müdirinin 22 yaşlı oğlu QƏTLƏ YETİRİLDİ
Bakıda qətl törədilib. Gənclərin mübahisəsi birinin ölümü ilə nəticələnib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Biləcəri qəsəbəsi, Binəqədi şosesi-4 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tural Məzahir oğlu Əliyev şəxsi münaqişə zəminində tanışı, 1991-ci il təvəllüdlü Əli Natiq oğlu Məlikovu bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Tural Əliyev saxlanılıb. Qətlin motivi hələlik açıqlanmır.
Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən Əli Məlikov Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğludur.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
282
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
284
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
269
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
979
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1002
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1243