Messi Argentina yığmasından getdi
Argentina millisinin futbolçusu Lionel Messi yığmada karyerasını bitirib. APA TV-nin xəbərinə görə, bunu 29 yaşlı hücumçunun özü Amerika Kubokunun finalında Çili yığmasına məğlubiyyətdən sonra açıqlayıb.
ABŞ-da keçirilən yarışda Argentina rəqibinə penaltilər seriyasında 2:4 hesabı ilə uduzub. Lukas Bilya ilə yanaşı, Messi də qapını dəqiq nişan ala bilməyib.
“Barselona”nın ulduzu görüşdən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: “Bu, öz qərarımdı. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etdim. Amma lazım olanı bacarmadım. Anladım ki, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm”.
Qeyd edək ki, Argentina yığmasında 80 oyun keçirən Messi 55 qola imza atıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək