Dünyanın ən varlı adamları bir günə 127 milyard dollar itirdi - "BREXİT"Ə GÖRƏ
Dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumdan ("Brexit") bir gün sonra 127,4 mlrd. dollar itirib. "APA-Economics" xəbər verir ki, bu, "Bloomberg" agentliyinin milyarderlər reytinqində öz əksini tapıb.
Dünya fond indekslərində müşahidə olunan eniş dünyanın ən 400 ən zəngin biznesmeninin ümumi aktivlərinin 3 faiz azalaraq 3,9 trln. dollara çatmasına səbəb olub.
Avropanın ən zəngin insanı olan Amansio Orteqa 1 gün ərzində 6 mlrd. dollar, dünyanın ən zəngini olan Bill Qeyts isə 2,4 mlrd. dollar itirib.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 51,9 faizi krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.
Referendumun nəticələri dünya bazarlarını dalğalandırıb və demək olar ki, bütün aparıcı birjalar 3-10 faiz eniş nümayiş etdirib. Funt sterlinq isə 1985-ci ilin minimumunu yeniləyib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək