Sumqayıtda 27 yaşlı gənc dənizdə batdı
Sumqayıtda 27 yaşlı gənc dənizdə batıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Xilasedicilər 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda taparaq çıxarıblar. Daha sonra meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1027
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1990
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1986
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1064
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
693
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
796