Azərbaycan yığmasının tarixində İLK
Futbol üzrə dünya çempionatı 2014-ün seçmə mərhələsində son oyunlar keçirilib. Azərbaycan millisi oktyabrın 15-də keçirilmiş oyunda Rusiya yığğmasını qəbul edib. Bakıda keçirilən oyun 1-1 hesabı ilə başa çatıb.
Doğma azarkeşlər önündə rəqib komandadan Şirokovun qoluna Vaqif Cavadov oyunun sonlarında başla gözəl cavab verib.
APA TV-nin xəbərinə görə, millimiz tarixi ərzində ilk dəfə qrup mərhələsində 9 xal toplaya bilib.
Digər oyunların nəticələrinə görə isə Belçika, İtaliya, Almaniya, Hollandiya, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, İngiltərə və İspaniya yığmaları Dünya Çempionatının əsas mərhələsinə vəsiqə qazanıb. Qruplarında ikinci yeri tutan Xorvatiya, İsveç, Rumıniya, İslandiya, Portuqaliya, Yunanıstan, Ukrayna və Fransa yığmaları əsas mərhələyə keçmək üçün "play of" mərhələsində mübarizə aparacaq. Bu komandalardan dördü əsas mərhələyə keçəcək.
Danimarka ən zəif ikinci komanda kimi "play of"dan kənarda qalıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi