Almaniya ¼ finala çıxdı - QOLLAR
AÇ-2016-da 1/8 finalın daha bir qarşılaşması baş tutub. Günün ikinci oyununda Almaniya millisi Slovakiya ilə qarşılaşıb. Olduqca aktiv oyun nümayiş etdirən Almaniya komandası 8-ci dəqiqədə hesabı açıb. Qolun müəllifi Jerom Boatenq komandasını 1:0 irəli keçirib.
Almaniya millisi bu qolla kifayətlənməyib. Oyunun birinci hissəsinin sonlarına yaxın, 43-cü dəqiqədə Qomez komandasının ikinci qolunu vurub. 2:0
Birinci hissə 2:0 Almaniyanın xeyrinə bitib. İkinci hissədə də aktiv olan Almaniya komandası növbəti qolla aradakı fərqi 3-ə çatdırıb. Qolun müəllifi 63-cü dəqiqədə Draksler olub.
Oyundan başqa qol olmayıb. Beləliklə, Almaniya Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1027
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1990
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1986
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1064
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
693
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
796