Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
APA TV-nin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
OXŞAR XƏBƏRLƏR
15:18
1027
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1990
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1986
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1064
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
693
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
796