Moskvada qubernator rüşvət alarkən yaxalandı
Rusiya Federal Təhlükəsizlik Xidməti Kirov vilayətinin qubernatoru Nikita Belıxın həbs olunduğunu əks etdirən görüntülər yayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, artıq sabiq qubernator Moskvada yerləşən restoranların birində 400 min avro rüşvət alarkən saxlanılıb.
Nikita Belıx barəsində Rusiya Cinayət Məcəlləsinin "vəzifəli şəxs tərəfindən külli miqdarda rüşvət alınması" maddəsi ilə cinayət işi qaldırılıb, istintaq aparılır.
Qeyd edək ki, novator siyasətçilərdən sayılan N.Belıx Kirovun qubernatoru vəzifəsində 2009-cu ildən çalışır. O, irəli sürülən ittihamları rədd edir.
OXŞAR XƏBƏRLƏR
15:18
1027
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1990
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1986
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1064
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
693
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
796