Evində DİRİ-DİRİ yandı
Xaçmaz sakini öz evində yanaraq ölüb. Hadisə rayonun Niyazabad kəndində qeydə alınıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, kənd sakini, 1939-cu il təvəllüdlü Aleksandr Romanenkoya məxsus 2 mərtəbəli yaşayış evi yanıb. Yanğın zamanı evdə tək olan ev sahibi də yanaraq, ölüb.
Qonşu: "Çıxdım çölə, gördüm, ev yanır. Qonşuyuq. Qonşulara xəbər elədim. Zəng elədik, yanğınsöndürmə xidmətinə, 3-4 maşın gəldi. Səhərə yaxın söndürdülər. Meyiti gecə tapa bilmədilər, səhər tapdılar".
Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Həyətdə olan “VAZ 2106” markalı avtomaşın yanğından mühafizə olunub.
Yanğının səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"