Qusarda sel iki evi yararsız vəziyyətə salıb
Ötən gün Qusar rayonunda baş verən selin fəsadları aradan qaldırılır. Qusar rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından APA TV-nin yerli bürosuna verilən məlumata görə, əraziyə texnikalar cəlb olunub.
Kuzun kəndinə gedən yolun açılması istiqamətində işlər aparılır. Bundan əlavə, kənddə sıradan çıxan elektrik xətlərinin bərpası üçün işlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən evlərinə su dolan həyətlərdən nasoslar vasitəsilə su çəkilib.
Ümumilikdə güclü sel nəticəsində kənddə 22 evə ziyan dəyib. İlkin məlumata görə, həmin evlərdən ikisi yararsız vəziyyətə düşüb. Yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini sıradan çıxarıb. Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda ərazidə müvafiq komissiya işləyir, dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək