Cəlilabadda dəhşət: keçmiş arvadını və oğlunu baltaladı

Cəlilabadda baltalama hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Muğan kəndində qeydə alınıb.

 

Kənd sakini İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək, onun və 12 yaşlı oğlu Səid Əliyevin baş nahiyəsindən zərbələr endirib. Daha sonra o, böyük oğlu Fəridlə də əlbəyaxa olub. Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas ola bilib.

 

Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev hadisə yerindən qaçıb. Yaralılar qonşuları tərəfindən dərhal xəstəxanaya çatdırılıblar.

 

İlkin versiya kimi hadisənin İsgəndər Əliyevin boşanmadan sonra arvadına aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırmalara başlanıb, polis cinayəti törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görür.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR