Paytaxtda xanım sürücü qəzaya səbəb oldu
Ötən gecə Bakıda xanım sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində qeydə alınıb.
Xanım sürücü idarə etdiyi 90 XK 893 dövlət nömrə nişanlı "Pajero" markalı avtomobili ilə "STOP" qadağanedici yol nişanının tələbini pozaraq 10 PN 372 dövlət nömrə nişanlı "Fiat" markalı maşını vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Olay yerinə yol polisi əməkdaşları gəliblər.
Avtomobillər çağırılmış evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb.
Hadisə ilə bağlı avtotexniki ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
1042
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2006
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1999
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1067
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
695
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
798