Yeyib-içmək məclisində dava: qardaş qardaşı bıçaqladı
Sabunçu rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, rayon sakini 39 yaşlı İlqar Qulam oğlu Abbasovla qardaşı Etibar arasında yeyib-içmək məclisi zamanı mübahisə düşüb.
Qardaşlar mübahisəni məhəllədə davam etdiriblər. Qohumları onları sakitləşdirərək ayırıblar. Bir qədər sonra qardaşlar arasında yenidən mübahisə düşüb. Bu zaman Etibar cibindən çıxardığı bıçaqla İlqarın ayağına zərbə endirib. Yaralı İlqar Abbasovu qohumları xəstəxanaya çatdırıblar. O, dərhal əməliyyata götürülüb.
İlqar Abbasovun həyatını həkimlər xilas edə biliblər. Qardaşını bıçaqlayan Etibar Abbasov könüllü olaraq 12-ci polis bölməsinə gələrək təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
15:18
1042
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2006
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1999
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1067
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
695
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
798