Qazaxda öldürülən qadının kimliyi məlum oldu: qatil tutuldu
Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub.
Qazax rayon Polis Şöbəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, iyunun 19-da Ağstafa çayının Qazax rayonun Xanlıqlar kəndi ərazisindən keçən hissəsində tapılan meyitin Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib.
Onun Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. E.Babayev Bakı şəhərində saxlanılıb. Qətlin hansı zəmində törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
1042
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2006
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1999
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1067
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
695
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
798