Rusiya Türkiyə və Ukrayna tərəfini Soçiyə dəvət etdi - DANIŞIQLAR OLACAQ?
Rusiya XİN Türkiyənin və Ukraynanın xarici işlər nazirlərini Soçiyə dəvət edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Vasiliy Nebenza bildirib.
"Biz dəvət göndərmişik, tədbirdə başqa ölkələrin də nazirləri iştirak edəcək. Hələlik Ukrayna və Türkiyədən cavab almamışıq, amma buna ümidliyik", - deyə o qeyd edib.
Vasiliy Nebenza iddia edib ki, Türkiyə tərəfi Rusiya ilə danışıqlarda iştirak edəcək: "Biz danışıqlardan qaçmırıq, bütün imkanları müzakirə etməyə hazırıq, istənilən təklifə də açığıq".
Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında münasibətlər "SU-24" təyyarəsinin vurulmasından sonra gərginləşib. Kreml dəfələrlə Ankaranın buna görə üzr istəməsini vacib saysa da, Türkiyə tərəfi buna etiraz edib. Sözü gedən dəvətdən sonra da prezident Ərdoğanın mətbuat xidmətinin rəhbəri bir daha Rusiyanın bu istəyinin baş verməyəcəyini vurğulayıb.
Xatırladaq ki, iyulun 1-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin növbəti toplantısı Soçidə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək