Gəncədə BMW “Opel”lə toqquşdu
Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Şəhər sakini, 1993-cü il təvəllüdlü Səfər Camalovun idarə etdiyi BMW ilə 1978-ci təvəllüdlü Səbuhi Hüseynovun sürdüyü “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı BMW-nin sürücüsü Səfər Camalov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
“Opel”in sürücüsü Səbuhi Hüseynov və onun həyat yoldaşı Cahanə Hüseynova isə yüngül bədən xəsarətləri alaraq özəl xəstəxanaların birinə aparılıb. Vəziyyətlərinin normal olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya səbəb BMW-nin işıqforun qırmızı işığında hərəkət etməsi olub.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək