Neftin qiyməti stabilləşir

Dünya bazarında neftin qiyməti 50 dollar civarında stabilləşməkdədir.

 

APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli dünən 50,93 dollardan təklif edilirdisə, bu gün qiymətlər cüzi azalma ilə 50,19 dollar təşkil edir.

 

Qərbi Texas nefti də az da olsa, dəyər itirib. Bugünkü hərraclarda WTİ nefti 49,41 dollardan təklif edilir.


Ekspertlərin fikrincə, qiymət dəyişikliyinə Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmaması məsələsi ilə bağlı ölkədə keçiriləcək referendumun nəticələri səbəb olacaq. Həmçinin buna ikinci əsas səbəb kimi ABŞ-da "qara qızıl" ehtiyatlarının gözlənildiyindən də artıq azaldılması önə çəkilir.


 


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR