Yeqor Şerbakovu öldürməkdə günahlandırılan azərbaycanlının EV SAHİBİ DANIŞDI
Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi Biryulevoda 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb. İdarədən bildiriblər ki, Şerbakovun 21 yaşlı Azərbaycan vətəndaşı Orxan Zahid oğlu Zeynalov tərəfindən öldürüldüyü güman olunur. Hazırda qətldə şübhəli bilinən azərbaycanlı axtarışa verilib, polis Azərbaycan diasporunun nümayəndələrindən Orxan Zeynalovun yeri barədə məlumat toplayır. Artıq azərbaycanlının şəkli dərc olunaraq polis əməkdaşlarına paylanıb. Orxan Zeynalovun kirayədə qaldığı mənzilin sahibi mətbuata açıqlamada faktı dolayı yolla təsdiqləyib. SİTAT – Biz foto və videonu internetdə gördük. Orxandan zarafatla soruşduq ki, Şerbakovu öldürən sən deyilsən? O güldü və otağına keçdi. Orada bir müddət qaldıqdan sonra çıxaraq dedi ki, mağazaya gedib qayıdır. Sonra onunla birgə qalan azərbaycanlı uşaqlar internetdə qətl görüntülərinin normal variantını tapdılar və şəklin Orxana məxsus olduğunu gördülər. Azərbaycanlılart Orxanın otağına daxil olmaq istədilər, o isə qaçmazdan əvvəl qapını açarla bağlamışdı. Daha sonra uşaqlar polisi çağıraraq hadisə barədə ona məlumat verdilər”. Hazırda qətli törətməkdə şübhəli bilinən Orxan Zeynalovun axtarışları davam edir. Xatırladaq ki, Yeqor Şerbakovun qətli Moskvada iğtuişaşlar başlayıb. Qafqazlıların çalışdığı ticarət mərkəzərinə hücum edən “skinxedlər” dağıntılar törədib, adamlara xəsarət yetiriblər. Daha sonra iğtişaşları sakitləşdirən polis qüvvələri miqrantlara qarşı əməliyyat keçirməyə başlayıb. Əməliyyat nəticəsində 1200-dən çox miqrant saxlanıb, onların arasında çoxlu sayda azərbaycanlıa da var.
OXŞAR XƏBƏRLƏR
18:39
306
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
307
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
295
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
979
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1002
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1243