Ağstafada əməliyyat zamanı başından güllə yarası alan polis öldü
Ağstafada keçirilən əməliyyat zamanı xidmət yoldaşı tərəfindən ehtiyatsızlıqdan açılan atəşlə başından güllə yarası alan polis əməkdaşı dünyasını dəyişib.
APA-nın məlumatına görə, 27 yaşlı Vasif Bağırov bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları Ağstafa rayonunun Dağ Kəsəmən kəndində bir neçə gün əvvəl əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T.Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Polisin atdığı güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun başına dəyib.
OXŞAR XƏBƏRLƏR
15:18
1111
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2074
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2067
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1071
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
697
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
802