Akkumulyator oğrusu: "32 hadisə törətmişəm"
Abşeron RPİ-nin əməkdaşları xeyli müddətdən bəri axtarışda olan akkumulyator oğrusunu yaxalayıb.
APA TV-nin xəbərinə görə, daxil olan çoxsaylı şikayət zəngləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları ərazidə və Binəqədi rayonunda yük maşınlarından akkumulyatorları oğurlayan şəxsi saxlayıblar.
Saxlanılan Seymur Əliyev törətdiyi əməli səmimi etiraf edib: "Açırdım, klimadan ayırırdım. Sonra taksi tutub aparırdım, bir yerdən verirdim".
Binəqədi rayon sakini olan 32 yaşlı Seymur elə ilk oğurluğu yaşadığı ərazidən etdiyini deyib. Əsasən gecə saatlarında yol kənarında dayanan yük maşınlarına yaxınlaşan Seymur oğurluğu tək törətdiyini etiraf edib. Əliyevin saxlanılana qədər 32 oğurluq hadisəsi törətdiyi müəyyən edilib.
OXŞAR XƏBƏRLƏR
15:18
1111
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2074
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2067
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1071
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
697
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
802