Rusiya millisi Avropa çempionatına darmadağınla vida etdi
Futbol üzrə Rusiya millisi Avropa çempionatının son turu çərçivəsində Uels yığmasına məğlub olub. APA TV-nin məlumatına görə, Tuluzada keçirilən qarşılaşma rusların 3:0 hesablı məğlubiyyəti ilə bitib.
İqor Akinfeyevin qoruduğu qapıya ilk qolu 11-ci dəqiqədə Aaron Remzi vurub. Co Allenin ötürməsindən sonra qapıçı ilə təkbətək qalan uelsli futbolçu hesabı açıb.
Bundan 9 dəqiqə sonra Nil Teylor Qaret Beylin ötürməsindən sonra Uels millisinin üstünlüyünü iki topa çatdırıb.
67-ci dəqiqədə isə Qaret Beylin özü fərqlənib və hesabı darmadağın həddinə çatdırıb.
Beləliklə Rusiya millisi qrup mərhələsində cəmi 1 xal toplamış olub və evə qayıtmaq məcburiyyətindədir. Uels millisi isə qrup birincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1125
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2088
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2079
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1073
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
699
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
804