Bayraq Meydanı Kompleksinin sabiq rəisi azadlığa buraxıldı - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
APA TV-nin xəbərinə görə, hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Bu müddət isə onların istintaq müddətində olduğu vaxtı əhatə edir. Elə bu səbəbdən təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıblar.
Digər təqsirləndirilən şəxs Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib. Bundan başqa, hökmdə göstərilib ki, Rəşad Məmmədov 2 il rəhbər vəzifə tutmaqdan məhrum edilir.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov və onunla birgə ittiham olunan İ.İsfəndiyarov, A.Məmmədov keçən ilin may ayında həbs edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək