Xudatda uşaq bağçası yandı
Xaçmaz rayonunun Xudat şəhərində uşaq bağçasında yanğın baş verib.
APA TV-nin şimal bürosunun məlumatına görə, yanğın nəticəsində uşaq bağçasının dam örtüyü 360 kv. m sahədə yanıb.
Eyni zamanda uşaq bağçası ilə eyni binada yerləşən 3 fərdi evin və bağçanın dam örtüyü, arakəsmələr də tamamilə yanıb.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Xudat və Xaçmaz hissələrindən 4 yanğınsöndürən briqada cəlb edilib.
Hadisə nəticəsində zərərçəkən olmayıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1129
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2092
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2083
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1073
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
699
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
804