AÇ-2016: Albaniyadan qələbə!
Avropa çempionatının qrup mərhələsində Albaniya Rumıniya ilə görüşüb. APA TV-nin məlumatına görə, gərgin keçən oyunda hesab birinci hissənin sonlarına doğru, 43-cü dəqiqədə açılıb. Qolun müəllifi albaniyalı Armando Sadiku olub.
İkinci hissəyə 1-0 üstünlüklə yollanan albanlar ikinci hissədə də aktiv oyun nümayiş etdiriblər. Amma, buna baxmayaraq onlar bir neçə real qol şansını əldən veriblər. Oyunda başqa qol olmayıb. Beləliklə, rəqibini qabaqlayan Albaniya 3 xalla qrupda 3-cü yeri tutub.
Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Albaniyanın play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
1129
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2092
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2083
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1073
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
699
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
804