Ağstafada əməliyyat: Polis başından güllə yarası aldı
Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçirdiblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1129
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2092
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2083
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1073
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
699
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
804