Bakıdakı “Şəhidlər” məscidinin statusu ilə bağlı qərar verildi
Bakıdakı “Şəhidlər” məscidi Heydər məscidi kimi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən idarə olunacaq, orada dini icma yaradılmayacaq.
Bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
Məsciddə təmir işlərinin davam etdirilməsinə ehtiyac olduğunu deyən M.Qurbanlı qeyd edib ki, məscid protokol üçün açıqdır və ora gələn qonaqlar protokol qaydasında dini ayinləri icra etmək imkanına malikdirlər: “Məsciddə hər hansı dini icma yaratmağa ehtiyac yoxdur. “Şəhidlər” məscidi bütövlükdə protokol xarakterli dini ayinlərin icrası üçün istifadə olunur və belə də davam edəcək. Burada müvafiq olaraq dini ayinləri icra etmək üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən axund və imam təyinatları üçün nümayəndələr irəli sürülüb”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək