Tovuzda 40 yaşlı kişini tok vurub öldürdü
Tovuz rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuz şəhərində, mərkəzi bazarın arxa hissəsində yerləşən dəmir yol xəttində qeydə alınıb.
Rayonun Abulbəyli kənd sakini, 40 yaşlı Vüqar Niyazov qatarların hərəkət etdiyi xəttin üzərində olan, istifadə üçün nəzərdə tutulmayan keçidin üstündə elektrik vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb.
İlkin məlumata görə, V.Niyazov keçidin üzərində yüksək gərginlikli elektrik naqilini kəsən zaman cərəyan onu vurub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2151
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2142
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1078
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
703
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
808