ABŞ səfiri Tərtərə səfər edib
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər edib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, səfir Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Görüşdə icra başçısı cəbhədə mövcud vəziyyət, aprel döyüşləri zamanı erməni hərbi birləşmələrinin Tərtər rayonunun yaşayış məntəqələrini qadağan olunmuş silahlardan atəşə tutması, baş verən dağıntılar barədə səfirə məlumat verib.
Təsərrüfat sahələrində çalışan mülki şəxslərin ermənilər tərəfindən yenə də snayper atəşinə məruz qaldığı diqqətə çatdırılıb.
Səfir bu gün Tərtər Regional Peşə Təlimi Mərkəzində olacaq, burada Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları və məcburi köçkünlərlə görüşəcək.
OXŞAR XƏBƏRLƏR
15:18
1190
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2151
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2142
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1078
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
703
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
808