Goranboyda 5 kq marixuana satmaq istəyən keçmiş məhkum tutuldu
Goranboy polisi rayon ərazisində narkotik vasitə satmaq istəyən şəxsi saxlayıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, keçirilən əməliyyat tədbirləri nəticəsində şərti alıcıya narkotik vasitə olan 5 kiloqram yaş kütlə şəklində marixuana satmaq istəyən Gəncə şəhər sakini tutulub.
Məlum olub ki, bu, 52 yaşlı Aydın Baladadaşovdur. İlkin dindirmələrdə saxlanılan şəxs narkotik vasitəni Şəmkir rayonu ərazisindən yığdığını deyib.
Qeyd edək ki, əvvəllər də məhkumluq həyatı yaşamış Aydın Baladadaşov istintaqa törətdiyi cinayət əməlini tam etiraf edib. O bildirib ki, narkotik vasitəni öz istifadəsi üçün yığsa da, sonradan onu satmaq fikrinə düşüb.
OXŞAR XƏBƏRLƏR
15:18
1213
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2171
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2162
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1080
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
704
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
809