NATO baş katibi: "Rusiyaya cavab vermək məcburiyyətindəyik"
“Rusiya hərbi vasitələrlə təsir zonasını yaratmağa çalışır”. APA TV-nin xəbərinə görə, bu barədəNATO baş katibi Yens Stoltenberq “Bild” nəşrinə müsahibəsində bildirib.
Y.Stoltenberq bildirib ki, NATO ilə sərhədlərdə hərbi potensialın artması müşahidə edilir: “Biz NATO ilə sərhədlərdə - Arktika, Baltik dənizi regionu, Qara dənizdən Aralıq dənizinə qədər hərbi potensialın artımını müşahidə edirik. Biz Rusiya tərəfindən öncədən elan edilməmiş, aqressiv manevrlər qeydə alırıq və buna reaksiya vermək məcburiyyətindəyik”.
Baş katibin sözlərinə görə, NATO Rusiya ilə yeni “soyuq müharibə” və qarşıdurma istəmir: “Fəaliyyətimiz müdafiə xarakteri daşıyır. NATO münaqişənin qarşısını almağa çalışır. Şərq cinahda hərbi qüvvələrin yerləşdirilməsi Rusiyanın aqressiv fəaliyyətinə cavabdır”.
Bununla yanaşı, Y.Stoltenberq bildirib ki, kiberhücum da alyans üzvlərinə qarşı hücum kimi qiymətləndirilə bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək