Sumqayıtda yük avtomobilinə basqın edən maskalılar tutuldu - YENİLƏNİB
Sumqayıtda yük avtomobilinə basqın edən şəxslər saxlanıb.
Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Məsməliyev, Siyəzən rayon sakinləri Həsən Qasımov və Həbib Xalıqov tutulub.
Hadisə iştirakçılarından Azər Zəkiyev isə müəyyən edilib. Onun yaxalanaraq istintaqa təqdim olunması üçün zəruri tədbirlər görülür.
Qeyd edək ki, hadisə Tağıyev qəsəbəsi, Yaşma bağlar sahəsi ərazisində qeydə alınıb. Xızı rayon sakini Eldar Mirzəyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə basqın edən maskalı şəxslər onu döyüb, əllərini yapışqanlı lentlə bağlayaraq avtomobildə olan külli miqdarda pulu götürüb, hadisə yerini tərk ediblər.
OXŞAR XƏBƏRLƏR
15:18
1214
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2172
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2163
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1080
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
704
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
809