Sabirabad sakininin həyətində 130 çətənə kolu aşkarlandı
Sabirabadda 29 yaşlı gənc narkotik tərkibli çətənə kolları becərdiyinə görə saxlanılıb.
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin rəisi Aqil Əliyev APA-nın Mil-Muğan bürosuna bildirib ki, keçirilən “Xaş-Xaş 2016” əməliyyat tədbirləri planına uyğun Surxayoba kənd sakini, 1987-ci il təvəllüdlü Həşimov Şirxan İlham oğlunun yaşadığı evin həyətyanı sahəsindən 130 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Aqrotexniki ekspertizanın rəyinə görə, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib. Ş.Həşimov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1240
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2198
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2187
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1084
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
708
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
813