Bakıda şagird qız sinif yoldaşını tir tüfəngi ilə vurdu - YENİLƏNİB
Bakıda əyləncə mərkəzində orta məktəb şagirdi xəsarət alıb. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə B.Nuriyev küçəsi 2 ünvanında yerləşən “Akvarium” əyləncə mərkəzində qeydə alınıb.
Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Hüseyn Mübariz oğlu Baxşəliyevin əlində olan tir tüfəngindən açılan atəş nəticəsində 13 yaşlı Aysel Nicat qızı Allahverdiyeva boğaz nahiyəsindən xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Polisdən həmçinin bildirilib ki, H.Baxşəliyev və A.Allahverdiyeva 76 saylı orta məktəbin şagirdləridir. Onlar 6-cı sinifdə oxuyurlar.
OXŞAR XƏBƏRLƏR
15:18
1240
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2198
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2187
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1084
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
708
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
813