İsmayıllıda 24 yaşlı oğlan göldə bataraq ölüb
İsmayıllı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə rayonun Lahıc kəndinə yaxın ərazidə yerləşən istirahət mərkənin süni gölündə baş verib. İsmayıllı rayonu Mincə kənd sakini, 1992-ci il təvəllüdlü Muradov Ramin Mehman oğlu göldə balıq tutarkən ehtiyatsızlıq edib və suya yıxılaraq batıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları Ramin Muradovun cəsədini suda batdığı yerdən 8 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1311
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2263
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2252
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1088
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
713
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
817