Babək prospektində zəncirvari qəza böyük TIXAC yaratdı
Ötən axşam Bakının Babək prospektində zəncirvari yol qəzası olub. Hadisə prospektin şəhərin mərkəzinə doğru gedən hissəsində baş verib. Qəza zamanı üç avtomobil toqquşub.
Sürücülərin APA TV-yə verdikləri məlumata görə, "Toyota Prado" markalı avtomobil qəfildən yolun sağından soluna keçib. Bu vaxt "Mercedes" markalı avtomobil yolun ortasında olan "Toyota"ya çırpılıb. Zərbədən "Mercedes"in təhlükəsizlik yastığı açılıb və sürücü yolu görməyib. İdarəetmənin itirilməsi nəticəsində "Mercedes" "Daewoo" markalı başqa bir maşına da çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəymişdi. Dövlət Yol Polisinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Qəza Babək prospektində tıxaca səbəb olmuşdu. Yalnız qəzaya uğrayan maşınlar evakuasiya edildikdən sonra yolda nəqliyyatın normal hərəkətini bərpa etmək mümkün oldu.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"