Neft həftəni 50,45 dollarla başa vurdu
Neftin qiyməti ilə bağlı proqnozlar özünü doğrultmayıb. APA TV-nin məlumatına görə, həftənin əvvəlində neftin sürətlə bahalaşmasından sonra treyderlər qiymətlərin 53 dollaradək bahalaşacağını proqnozlaşdırsa da, son iki gündə qiymətlərin ucuzlaşması bu proqnozları alt-üst edib. Birjalarda həftənin son hərraclarında "Brent" markalı neftin bir bareli 50,45 dollardan satılıb. Qərbi Texas neftinin qiyməti isə yenidən 50 dollardan aşağı enib. Son hərraclarda WTİ nefti 48,91 dollardan satılıb. Ekspertlər qiymətlərin iqtisadi deyil, siyasi faktorların təsiri ilə formalaşdığını nəzərə alaraq, bir müddət bazarda qeyri-stabilliyin hökm sürəcəyini bildirir.
OXŞAR XƏBƏRLƏR
15:18
1324
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2277
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2268
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1090
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
717
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
819