Bakıda sərxoş ata oğlunu bıçaqladı
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. Binə qəsəbəsi, İlqar Əhmədov 2 ünvanında yaşayan 34 yaşlı Rauf Mehdiyev al-qan içində xəstəxanaya gətirilib.
APA TV-nin məlumatına görə, yaralı dərhal əməliyyat olunub. Həkimlər Rauf Mehdiyevin döş nahiyəsində bir bıçaq xəsarətinin olduğunu bildiriblər.
Araşdırmalar zamanı məlum olub ki, Raufu atası Rafael Mehdiyev bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Rafael Mehdiyev evdə spirtli içki qəbul edərkən oğlu Rauf ona iradını bildirib. Oğlunun iradı atanı əsəbiləşdirib. Yaranan mübahisə zamanı sərxoş Rafael Mehdiyev oğlunu bıçaqlayıb.
Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1324
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2277
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2268
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1090
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
717
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
819