Gürcüstan NATO təlimlərinə qatılmaqdan imtina etdi, Polşa izahat tələb edir
Gürcüstan tərəfi NATO təlimlərində iştirak etməkdən imtina edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, "Anakonda - 2016" hərbi təlimləri Polşa ərazisində iyunun 6-da start götürüb.
Bununla əlaqədar rəsmi Varşava Gürcüstan hökumətindən izahat tələb edir. "Gürcüstan bu təlimlərə dəvət olunmuşdu, amma onlar gəlmədi. Biz bunun səbəbini bilmək istəyirik", - deyə, Polşa Silahlı Qüvvələrinin komandanı Petr Valatek bildirib.
Gürcüstanda bu qərar iyunun 9-da ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahında keçirilən konsiliumda verilib.
Qeyd edək ki, mayın 23-də Gürcüstanda Şimali Atlantika blokunun hərbçiləri təlimlər keçiblər. Həmin təlimlərə alyansın böyük hərbi kontingenti iştirak edib.
Hazırda Polşada keçirilən 10 günlük "Anakonda -2016" təlimlərinə isə NATO üzvü olan ölkələrdən 31 mindən çox hərbçi qatılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək