Binəqədidə 28 yaşlı gənci qonşusu bıçaqladı
Ötən gecə paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə 28 May küçəsi-12 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 28 yaşlı Babək Məmmədovla qonşusu arasında mübahisə düşüb. Mübahisə böyüyüb və Babək Məmmədovun qonşusu bıçağa əl atıb. Bir neçə bıçaq xəsarəti alan Babək Məmmədov xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə bilib.
Hadisə barədə Binəqədi rayon Polis İdarəsinə məlumat verilib. Babək Məmmədovu bıçaqlayan şəxsin kimliyi müəyyən edildikdən sonra onun tutulması istiqamətində əməliyyat keçirilib. Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1337
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2290
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2280
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1094
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
721
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
822