Qobuda kafedə dava: 53 yaşlı kişi bıçaqlandı
Ötən gecə Abşeron rayonunda kafedə müştərilər arasında düşən mübahisə bıçaqlanma ilə nəticələnib.
APA TV-nin məlumatına görə, 53 yaşlı Meydan Ağamuradov rayonun Qobu qəsəbəsi ərazisində yerləşən kafedə naməlum şəxs tərəfindən bıçaqlanıb.
Tanışı şəxsi avtomobili ilə onu xəstəxanaya çatdırıb. Həkimlər sərxoş vəziyyətdə olan yaralının qarın nahiyəsindən bıçaqlandığını bildiriblər. Hadisə barədə məlumat alan Abşeron rayon Polis İdarəsinin əməkdaşları xəstəxanaya gəliblər. Yaralının vəziyyəti ağır olduğundan, onun ifadəsini almaq mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1337
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2290
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2280
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1094
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
721
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
822