NATO baş katibi: "Gürcüstanın alyansa üzvlüyü üçün bütün imkanlar mövcuddur"
"NATO ilə Gürcüstan arasındakı münasibətlər alyansa üzvlük planı olmadan belə möhkəmlənir". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq səsləndirib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında çıxış edən Y. Stoltenberq deyib ki, NATO ilə əməkdaşlıq üçün Gürcüstanın yetərincə imkanları mövcuddur. Bu imkanlara misal olaraq baş katib NATO-Gürcüstan birgə komissiyası, birgə atılacaq addımlar paketi, o cümlədən Gürcüstanla qurum arasında inkişaf etdirilməkdə olan əməkdaşlığı önə çəkib. Eyni zamanda o, dövlət və hökumət başçılarının hansı qərarı qəbul edəcəyini öncədən proqnozlaşdırmağın erkən olduğunu da bildirib.
Qurum rəhbəri NATO çərçivəsində Gürcüstanla mövcud tərəfdaşlıq və əməkdaşlıq prosesi, o cümlədən, Tbilisidə Təlim Mərkəzinin yaradılması, habelə, Gürcüstan Silahlı Qüvvələrinin alyansın keçirdiyi təlimlərdə iştirakı kimi addımları da alqışlayıb.
Öz növbəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili NATO-ya üzvlük məsələsinin ölkəsi üçün prioritet olaraq qaldığını bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək