Bakıda qonşu qonşunu bıçaqladı
Bakının Binəqədi rayonunda qonşu qonşunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsində baş verib.
41 yaşlı İmran Qardaşovla qonşusu arasında baş verən mübahisə qanlı sonluqla bitib. Qonşusu İmran Qardaşovu yaşadığı evin həyətində bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. İmran Qardaşovun həyatını həkimlər xilas edə bilib.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat verilib. Qonşusunu bıçaqlayan şəxsin saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir. Faktla əlaqədar cinayət işi başlanıb
OXŞAR XƏBƏRLƏR
15:18
1351
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2303
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2293
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1097
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
724
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
825