İsraildə silahlı insident: 4 ölü, 9 yaralı
İsrailin paytaxtı Tel Əvivdə silahlı insident baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 4 nəfər ölüb, 9 adam yaralanıb.
İsrail polisinin nümayəndəsi Miki Rozenfeld bildirib ki, Tel Əvivin mərkəzindəki Sarona rayonunda iki silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb. O, hadisəni terror aktı kimi qiymətləndirib.
Hadisəni törədənlərdən biri tutulub, digəri isə polis tərəfindən açılan atəşlə yaralanıb.
Silahlı hücumun məqsədi və kim tərəfindən törədildiyi barədə rəsmi məlumat yoxdur. İsrailin baş naziri Binyamin Netanyahu Moskvadan qayıtdıqdan dərhal sonra təcili toplantı keçirib.
Yerli sakinlər və turistlər arasında məşhur olan “Sarona” bazarındakı restoranın müştərilərinə də atəş açılıb.
Bazar Müdafiə Nazirliyi və silahlı qüvvələrin baş qərargahının binaları ilə üzbəüz yerləşir. Polis və təhlükəsizlik qüvvələrinin planlaşdırılan böyük terror aktının qarşısını aldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək