Samuxda qardaş bacısını övladının gözü önündə öldürdü
Samuxda qətl hadisəsi baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samuxun Hacıallı kəndində qeydə alınıb.
Kənd sakini, 32 yaşlı Cavad Həsənov bacısı 30 yaşlı Gülnarə Həsənovanın boğaz nahiyəsindən bir neçə bıçaq zərbəsi vurub Qadın hadisə yerində ölüb.
Məlumata görə, Cavad Həsənovun iki övladı var və o, cinayəti törədən zaman içkili olub. Qətl hadisəsi isə Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib.
Cavad və Gülnarə Həsənovların anası bildirib ki qızı ilə oğlu arasında münasibətlər bir müddət əvvəldən pozulubmuş. Bir neçə dəfə mübahisələri olsa da, bu gün içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cavad Həsənov saxlanılıb.
Məlumata görə, Gülnarə Həsənova həyat yoldaşından boşanıb və üç övladı var. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək